Bütün yollar Ağ Evə doğru - İvanka da Vaşinqtona köçürBölmə: Fotosessiya, MARAQLI
ABŞ prezidenti Donald Trampın qızı İvanka ailəsi ilə Vaşinqona köçür. “Xalqinfo” xəbər verir ki, bu barədə prezidentin 35 yaşlı qızı Feysbuk hesabında yazıb. “Atam yanvarın 20-də ABŞ-ın 45-ci prezidenti kimi vəzifəsinin icrasına başlayacaq. Və mənim vəzifəm onun yanında olmaqdır. Buna görə də mən Nyu-Yorku və ailə biznesimiz olan “The Trump Organization”ı tərk edirəm. Həmçinin İvanka Tramp adına moda brendinin idarə olunmasında üzərimdə olan bütün məsuliyyətdən imtina edirəm”, -deyə o bildirib. İvankadan sonra həyat yoldaşı Cared Kuşner də qayınatasının baş məsləhətçisi postunda fəaliyyət göstərmək üçün ABŞ-ın paytaxtına yola düşəcək. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|