Əmir Teymurun ala bilmədiyi qaladan - FotosessiyaBölmə: Fotosessiya, BLOK XƏBƏR
![]() Naxçıvanda yerləşən Əlincə qalasında iki ildir aparılan bərpa işləri artıq başa çatmaq üzrədir. “Xalqinfo ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Xanəgah Abidələr Kompleksinin direktoru Kamal Gülmalıyev Əlincə qalasından Atabəylər dövründə istifadə olunduğunu bildirir: "Bu qala vaxtilə Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı olub. Atabəylər dövründə Əlincə qalasının müdafiə istehkamını gücləndirmək üçün burada su gölləri və qala bürcləri tikilib. Eldəniz hökmdarlarının xəzinəsi də bu qalada saxlanılıb. Əlincə 1387-1401-ci illərdə düz 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib”. Əlincəqala qədim mənbələrdə "Erincik", "Alancik", "Alınca" və digər adlarla qeyd olunur. Yazılı qaynaqlarda isə VI əsrdən etibarən xatırlanır. Ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Bəzi tədqiqatçılar qalanın təqribən 2 min il bundan əvvələ aid olduğunu bildirirlər. Bərpa işləri zamanı burada evlərin qalıqları, maddi mədəniyyət nümunələri, VII və sonrakı əsrlərə aid sikkələr aşkar edilib. Qalada qayalar üzərində çapılmış 8-dən artıq su hovuzu olub. Dərinliyi 5 metr olan belə hovuzlardan biri yenidən bərpa edilib. Qaladan ətraf kəndlərin birinə gizli yolun da olduğu ehtimal edilir. |
|