DataLife Engine > Dünya > 168 nüfuzlu şəxsdən Baydenə məktub:

168 nüfuzlu şəxsdən Baydenə məktub:


6-07-2024, 01:44. Yerləşdirdi: Tural 168 nüfuzlu şəxsdən Baydenə məktub:




ABŞ Prezidenti Co Bayden ona ünvanlanan məktubda seçkidən geri çəkilməyə və Demokrat Partiyasının başqa bir nümayəndəsinə yol verməyə çağırılıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" nəşri yazıb.

Demokrat Partiyasının 168 nüfuzlu rəsmisi və tərəfdarı tərəfindən imzalanmış məktubda deyilir:

“Biz sizi hörmətlə demokratiyamız və millətimizin gələcəyi naminə yenidən seçilmək üçün namizədliyinizdən imtina etməyə çağırırıq”.

Məktub Ağ Evin bir neçə məsləhətçisinə çatdırılıb.
Geri qayıt