DataLife Engine > Dünya > Blinkenin Şərq səfəri davam edir

Blinkenin Şərq səfəri davam edir


10-06-2024, 23:41. Yerləşdirdi: Tural  Blinkenin Şərq səfəri davam edir




Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Entoni Blinken növbəti dəfə Şərq turnesinə çıxıb.

Xalqinfo.az-ın məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu dövlət katibini Qüdsdəki ofisində qəbul edib.

İclasda İsrail tərəfdən ölkənin strateji planlaşdırma naziri Ron Dermer və ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzahi Haneqbi də iştirak edib.

Görüşün sonunda İsrail və ABŞ tərəfinin digər rəsmilərinin iştirakı ilə geniştərkibli müzakirələr aparılacaq.

Qeyd edək ki, bu, ötən ilin oktyabrında HƏMAS hərəkatı üzvlərinin İsrailə hücumundan sonra Blinkenin regiona 8-ci səfəridir.


Geri qayıt