DataLife Engine > Dünya > Putin Braziliyada həbs olunacaq?

Putin Braziliyada həbs olunacaq?


22-03-2023, 23:38. Yerləşdirdi: Tural Putin Braziliyada həbs olunacaq?




Braziliya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvüdür və onun qərarlarına əməl edir.

"Xalqinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mauro Vieira "Metropoles"ə müsahibəsində deyib.


Nazir Rusiya prezidenti Vladimir Putinin Braziliyada həbs olunmasına münasibət bildirib.

“Bu məsələyə baxmaq lazımdır. Şəxsən mən hələ bu barədə əmr görməmişəm. Braziliya ICC-nin üzvüdür. Biz bu struktura hörmət edirik və onun qərarlarını tanıyırıq”, - deyə o bildirib.

O, əlavə edib ki, Putinin həbsinə dair order məsələsi “müəyyən edilmiş təcrübə kontekstində nəzərdən keçirilməlidir”.

Qeyd edək ki, martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq order verib.
Geri qayıt