DataLife Engine > Dünya > Güneydə molla rejiminin qeyri-insani rəftarı davam edir

Güneydə molla rejiminin qeyri-insani rəftarı davam edir


30-01-2023, 14:59. Yerləşdirdi: Zulfiyye Güneydə molla rejiminin qeyri-insani rəftarı davam edir
İranda molla rejimi insan haqlarına zidd davranışlarına davam edir.

Xalqinfo.az "Musavat"in xarici mediaya istinadına əsasən xəbər verir ki, dini Liderin SEPAH nümayəndəsi Hacı Sadiqi deyib ki, universitet və xəstəxanalardakı vəziyyətə təslim olmamalıyıq:

“Klinikalarımızın, xəstəxanalarımızın, təhsil və universitet mərkəzlərimizin idarəçilik növü elə olmalıdır ki, ruh sağlamlığını ehtiva etsin”.

SEPAHı-ın Quru Qoşunlarının “Qüds bazası” Saravan bölgəsində bir bəsic əsgəri Məhəmməd Əmin Kodayeyinin şəhid olduğunu elan edib.

Ordunun quru qoşunlarının komandanı Kəyumərs Heydəri isə qeyd edib ki, quru qoşunları 23 növ silahda özünü etibarlı təmin etməyə nail olub və bu qabiliyyət müxtəlif sahələrdə, o cümlədən zireh əleyhinə sistemlər, pilotsuz uçuş aparatları sistemləri və helikopterlərdə açıq şəkildə özünü göstərir”.

Bəndar Lənge Korpusunun İctimaiyyətlə Əlaqələr bölməsi “Fars körfəzinin mürtəce ölkələrindən birinin” kəşfiyyat xidmətinin agentinin həbs edildiyini açıqlayıb.
Geri qayıt