DataLife Engine > Dünya, BLOK XƏBƏR > Sosial mediada ən çox izlənilən dünya lideri o oldu

Sosial mediada ən çox izlənilən dünya lideri o oldu


29-01-2023, 10:29. Yerləşdirdi: Tural  Sosial mediada ən çox izlənilən dünya lideri o oldu




İtaliyanın “Italia digitale” fondunun rəqəmsal rəsədxanası dünyanın bəzi aparıcı ölkələrinin liderləri ilə bağlı araşdırma aparıb.

“Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 24 lider arasında aparılan təhlildə liderlərin son 3 ayda sosial media fəaliyyətlərinə görə sıralama hazırlanıb.

Araşdırmada izləyicilərin sayı, hər yazıya bildirilən rəy və son 3 ayda qarşılıqlı əlaqə əsas götürülüb.

Sosial mediada ən çox izlənən lider 66 milyondan çox izləyicisi ilə ABŞ Prezidenti Co Bayden olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 40 milyondan çox izləyicisi ilə ikinci yeri tutub.

Ukrayna Prezidenti Volodimir Zelenski isə 27 milyonla üçüncü olub.

Təhlillərə görə, Braziliya Prezidenti Lula da Silva sosial mediada ən fəal liderdir.qafqazinfo.az
Geri qayıt