DataLife Engine > Dünya > 5 ölkədən Türkiyədəki vətəndaşlarına terror xəbərdarlığı

5 ölkədən Türkiyədəki vətəndaşlarına terror xəbərdarlığı


28-01-2023, 11:51. Yerləşdirdi: Zulfiyye 5 ölkədən Türkiyədəki vətəndaşlarına terror xəbərdarlığı

ABŞ, Fransa, İtaliya, İspaniya və Almaniya Türkiyədə yaşayan vətəndaşlarına terror ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, İsveç və Danimarkada Qurani-Kərimə edilən çirkin hücumdan sonra Türkiyədə ibadət yerlərinə "qisas" hücumu edilə bilər.

Buna görə də sözügedən ölkələr vətəndaşlarına insanların sıx toplaşdığı yerlərdən, o cümlədən dini məkanlardan uzaq gəzmələri barədə xəbərdarlıq edib.
Geri qayıt