DataLife Engine > Dünya > Ukraynada hərbi qanunlar sərtləşdirilir

Ukraynada hərbi qanunlar sərtləşdirilir


25-01-2023, 14:32. Yerləşdirdi: Zulfiyye Ukraynada hərbi qanunlar sərtləşdirilir

Ukrayna prezidenti Vladimir Zelenski Cinayət Məcəlləsinə hərbi və döyüş şəraitində hərbi qulluqçuların məsuliyyətini sərtləşdirən dəyişiklikləri imzalayıb.

Xalqinfo.az xarici agentliklərə istinadən xəbər verir ki, yanvarın 13-də sənəd Ali Rada tərəfindən qəbul olunub.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı daha əvvəl düzəlişlərin qəbulu ilə bağlı çıxış edib. Dəyişikliklərə əsasən, komandirə, əmrə tabe olmamaqda, komandirə hədə-qorxu gəlməkdə və ya zorakılıq etməkdə, döyüş meydanını və ya bölməni özbaşına tərk etməkdə təqsirli bilinən əsgərlərə şərti cəza və ya cəzaların yüngülləşdirilməsi halları tətbiq olunmayacaq. Sənəd əmri yerinə yetirməməyə görə 3 ildən 7 ilədək, fərariliyə görə 5 ildən 12 ilədək, hərbi hissəni və ya xidmət yerini icazəsiz tərk etməyə görə 5 ildən 10 ilədək, döyüş meydanını özbaşına tərk etmək və ya silahdan istifadədən imtinaya görə 5 ildən 10 ilədək həbs cəzasını nəzərdə tutur.

Ukraynalı hüquq müdafiəçisi Viktor Oleynik qanunu tənqid edib. Onun fikrincə, bundan sonra hakimlər işin bütün hallarını araşdırmayacaq, hər hansı əsas göstərmədən böyük cəza təyin edə biləcəklər. Hüquq müdafiəçiləri Zelenskini qanun layihəsini təsdiqləməməyə çağırıblar.
Geri qayıt