DataLife Engine > Dünya > Ərdoğan Təhlükəsizlik Şurasını toplayır

Ərdoğan Təhlükəsizlik Şurasını toplayır


25-01-2023, 12:59. Yerləşdirdi: Zulfiyye Ərdoğan Təhlükəsizlik Şurasını toplayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasını çağırır.

"Xalqinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, iclasda "taxıl dəhlizi" və Ukraynadakı müharibənin müzakirə edilməsi də planlaşdırılır.


"Ərdoğan Türkiyə Təhlükəsizlik Şurasının üzvləri ilə humanitar yardım məsələsini, vasitəçilik təşəbbüslərini, həmçinin Ukraynada uzunmüddətli atəşkəs perspektivini müzakirə etmək istəyir", - məlumatda deyilir.

Həmçinin Türkiyə Təhlükəsizlik Şurası İraqın şimalında, Suriyada, Yunanıstanda və İsveçdə nümayişçilərin Quranı yandırılması təxribatlarını da müzakirə edəcək.
Geri qayıt