DataLife Engine > Dünya > Ukraynada gün ərzində beşinci İSTEFA

Ukraynada gün ərzində beşinci İSTEFA


24-01-2023, 15:13. Yerləşdirdi: Zulfiyye Ukraynada gün ərzində beşinci İSTEFA

Ukraynanın infrastruktur nazirinin iki müavini İvan Lukerya və Vyaçeslav Neqoda yanvarın 24-də istefa veriblər.

"Xalqinfo" xəbər verir ki, bu barədə onlar sosial şəbəkədə açıqlayıblar.


"Qərarı ilin əvvəlində qəbul etdim, lakin təəssüf ki, siyasi və bürokratik şəraitə görə bu həftə hüquqi ifadələr üst-üstə düşdü", - Lukerya "Facebook" səhifəsində yazıb.

O, bundan sonra nə baş verəcəyini də tezliklə elan edəcəyinə söz verib.

Qeyd edək ki, bu, gün ərzində Ukraynada artıq beşinci istefadır.
Geri qayıt