DataLife Engine > Dünya > Vulkan bir gündə 8 dəfə püskürdü

Vulkan bir gündə 8 dəfə püskürdü


24-01-2023, 15:10. Yerləşdirdi: Zulfiyye Vulkan bir gündə 8 dəfə püskürdü

İndoneziyada Yava və Sumatra adaları arasında Sunda boğazında yerləşən Anak-Krakatau vulkanının püskürməsi başlayıb.

"Xalqinfo" xəbər verir ki, bu barədə İndoneziyanın ANTARA agentliyi məlumat yayıb.


Agentliyin məlumatına görə, vulkan yanvarın 23-ü səhər saatlarından indiyədək 8 dəfə püskürüb. Yanvarın 24-də vulkanik kül sütunu təxminən 2 km hündürlüyə qalxıb.

Hakimiyyət əhaliyə vulkana 5 km-dən yaxın məsafədə yaxınlaşmağı qadağan edib.
Geri qayıt