DataLife Engine > Dünya > Rusiya Hərbi Hava Qüvvələrinin komandanı işdən çıxarıldı

Rusiya Hərbi Hava Qüvvələrinin komandanı işdən çıxarıldı


24-01-2023, 14:46. Yerləşdirdi: Zulfiyye Rusiya Hərbi Hava Qüvvələrinin komandanı işdən çıxarıldı

Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinski tutduğu vəzifədən azad edilib.

"Xalqinfo" xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının yeni hesabatında məlumat verilib.


"Bu qərar Rusiyanın yüksək hərbi rəhbərliyi daxilində davam edən fikir ayrılıqlarından xəbər verir", - məlumatda deyilir.

Teplinski Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əsas əməliyyat komandirlərindən biri olub və qoşunların Dnepr çayının qərbindən çıxarılmasında iştirak edib.
Geri qayıt