DataLife Engine > Dünya, BLOK XƏBƏR, MANŞET > İnterpolun rəhbəri yoxa çıxıb

İnterpolun rəhbəri yoxa çıxıb


5-10-2018, 14:47. Yerləşdirdi: sefa İnterpolun rəhbəri yoxa çıxıbBeynəlxalq Cinayət Polisi İdarəsinin (İnterpol) rəhbəri Men Hunbeya yoxa çıxıb.

Xalqinfo.az "Reuters"ə istinadən xəbər verir ki, artıq Fransa hökuməti onun yoxa çıxması ilə bağlı araşdırmaya başlayıb.

Polisə müraciət edən Hunbeyanın arvadı sentyabrın sonunda Çinə gedən ərindən bir həftədir xəbər ala bilmədiyini bildirib.

Hunbeya 2016-cı ildən İnterpolun rəhbəridir. Qurum onun itməsi ilə bağlı rəsmi açıqlama verməyib.
Geri qayıt