DataLife Engine > Dünya > Fransada terror aktları hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlanılıb

Fransada terror aktları hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlanılıb


17-10-2017, 23:38. Yerləşdirdi: sefa Fransada terror aktları hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlanılıb
Fransada siyasətçilərə və İslam dininə aid obyektlərə hücumlar planlaşdırmaqda şübhəli bilinən 10 şəxs saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ultra-solçu hərəkatın üzvü olduğu şəxslər bu gün Parisin Buş-dü-Ron departamentində saxlanılıblar. Onlardan ikisinin həddi-buluğa çatmamış şəxs olduğu bildirilir.

Məlumata görə, saxlanılan şəxslərin yayda hücum hazırlamaqda şübhəli bilinərək saxlanılan 21 yaşlı şəxslə əlaqəli olduğu bəlli olub.

Dörd ay müddətində məxfi şəkildə hazırlanan genişmiqyaslı əməliyyatda polis əməkdaşları və xüsusi təyinatlılar iştirak edib.
Geri qayıt