DataLife Engine > Dünya > Saakaşvili Poroşenkonun hədələrindən danışdı

Saakaşvili Poroşenkonun hədələrindən danışdı


28-07-2017, 23:50. Yerləşdirdi: sefa Saakaşvili Poroşenkonun hədələrindən danışdı
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna dövlət başçısı Petro Poroşenkonun onu hədələdiyini bəyan edib.

Xalqinfo” xəbər verir ki, bu barədə siyasətçi Feysuk hesabında yazıb.

Saakaşvilinin sözlərinə görə, o, hazırda Nyu-Yorkdadır: “Petro Poroşenko ilə sonuncu dəfə mayda Maltada Avropa Xalq Partiyasının qurultayında görüşmüşəm. İki saat davam edən görüşdə prezidenti tənqid etməyimə, eləcə də siyasi fəaliyyət və aktivliyimə son qoymaq üçün hədələr səsləndirildi. Mənə bildirildi ki, əgər siyasi fəaliyyətimi dayandırsam, iki il sonra parlamentdə fraksiyaya sahib olacağam. Lakin mən bütün hədələrə gülüşlə reaksiya verdim, tələblərə riayət etməkdən imtina etdim”.

Xatırladaq ki, P. Poroşenko M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum olunmağı ilə bağlı fərman imzalayıb.
Geri qayıt