BMT-dən Qəzza haqqında qorxunc proqnoz
11-07-2017, 22:49. Yerləşdirdi: sefa
BMT hazırda İsrail işğalı altında olan Qəzzada mövcud vəziyyətin davam edəcəyi təqdirdə 2020-ci ildən sonra yaşamağın mümkün olmayacağını bildirib.
“Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzzanın mühasirədə qalmasının 10-cu ili əlaqədar hazırlanan “Qəzza: 10 il sonra” adlı hesabatda qeyd edilib.
Hesabatda Qəzzada ərzaq, sığınacaq, səhiyyə, ictimai xidmətlər və digər sahələrdə ciddi problemlərin yaşandığı, hətta 2020-ci ildən sonra içməli suyun tükənəcəyi vurğulanıb.
BMT-dən xəbərdarlıq edilib ki, İsrail və Fələstin rəhbərliyi lazımi addımları atmasalar, Qəzzada həyat bitər.
Geri qayıt