DataLife Engine > Dünya > İngiltərədə qadın sürücü insanları əzdi -

İngiltərədə qadın sürücü insanları əzdi -


25-06-2017, 14:26. Yerləşdirdi: sefa İngiltərədə qadın sürücü insanları əzdi -
İngiltərənin Nyukasl şəhərində “Westgate” idman mərkəzinin yaxınlığında qadın sürücü avtomobili insanların üstünə sürüb.

Xalqinfo” Mirror-a istinadən xəbər verir ki, hadisə Ramazan bayramını qeyd edən müsəlmanların məsciddən çıxdığı zaman baş verib. Ərazidə çoxlu sayda uşaq da olub.

İlkin məlumata görə, insident nəticəsində 5 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Polis hadisəni törədən 42 yaşlı qadın sürücünü saxlayıb. Hadisənin terror olması ehtimalı araşdırılır.

İngiltərədə qadın sürücü insanları əzdi -
Geri qayıt