DataLife Engine > Dünya > Almaniyada terror planlaşdıran 12 yaşlı uşaq saxlanılıb

Almaniyada terror planlaşdıran 12 yaşlı uşaq saxlanılıb


16-12-2016, 18:02. Yerləşdirdi: sefa Almaniyada terror planlaşdıran 12 yaşlı uşaq saxlanılıb

Almaniyada terror törətməyi planlamaqda şübhəli bilinən 12 yaşlı oğlan saxlanılıb.

Xalqİnfo” xarici KİV-ə istinadən xəbər verir ki, İraq əsilli azyaşlı Lüdviqshafen şəhərində saxlanılıb. Polisin yaydığı məlumata görə, uşaq şəhərdəki milad yarmarkasında partlayış törətməyi planlaşdırıb. Bildirilir ki, bomba səhv quraşdırıldığına görə partlamayıb və uşaq onu çantasına qoyaraq kolluqda gizlədib. Hazırda onun uşaq evinə verildiyi və barəsində cinayət işi başladılacağı deyilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt