DataLife Engine > Dünya > Onun gələcəyini referendum

Onun gələcəyini referendum


3-07-2015, 08:08. Yerləşdirdi: Kainat Onun gələcəyini referendum Ağır maliyyə burulğanından çıxmaq üçün çabalayan Yunanıstandan istefa xəbəri gəlib.

xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan maliyyə Naziri Yanis Varoufakis 5 iyulda keçiriləcək referendumdan “bəli” qərarının çıxacağı halda dərhal istefa verəcəyini söyləyib.

Qeyd edək ki, yunan hökuməti kreditorların Yunanıstana nağd pul axınının bərpa edilməsi müqabilində irəli sürdüyü şərtləri xalqın səsverməsinə təqdim etmək qərarı verib. Səsvermə iyulun 5-də keçiriləcək.

Yunanıstanda populist vədləri ilə tanınan “Syriza” Partiyası referendumdan “xeyr” səsinin çıxmasını istəyir. Baş nazir Aleksis Çipras da dünən xalqa müraciətində referendumdan “xeyr” səsinin çıxmasını istədiyini deyib. Kreditorların irəli sürdüyü şərtlərin sonu gəlməyən qənaət siyasətini qəbul etmək anlamına gəldiyini deyən Çipras, buna baxmayaraq, referendumun nəticələrinə riayət edəcəyini bildirib.
Mənbə
Publika.az
Geri qayıt