» » ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu

ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu

Bölmə: Dünya
ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu





"Ukrayna lideri Volodimir Zelenski Pensilvaniyadakı hərbi zavoda getməməli idi".

"Xalqinfo" xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem deyib. Onun sözlərinə görə, bu səfərin aydın siyasi çalarları var.


“Pensilvaniyada baş verənlər səhv idi. Bunun qəsdən olub-olmamasından asılı olmayaraq, bunun siyasi təsiri var və bu, səhv idi”, - Qrem deyib.

O, əlavə edib ki, bu cür insidentlər istisna edilməlidir ki, onlar Ukraynanın Rusiyaya qarşı mübarizədə “uğurunun təmin edilməsi” kimi uzunmüddətli hədəflərə təsir etməsin. Qrem vurğulayıb ki, hələlik Kiyevin iflasa uğramasının qarşısını almaq Birləşmiş Ştatların maraqlarına uyğundur, çünki bu, Çini Tayvanı hərbi yolla ələ keçirməyə təhrik edəcək.

Zelenskinin sentyabrın 22-də Skrantondakı sursat zavoduna səfəri ABŞ-də seçkilərə müdaxilə kimi qəbul edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler