ABŞ-ın Azərbaycanla bağlı əsl niyyəti: Sülh Vaşinqtona buna görə lazımdır…Bölmə: Dünya
![]() Son zamanlar ABŞ-ın Cənubi Qafqaz siyasəti xüsusi diqqət çəkir. Belə ki, Vaşinqton açıq şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi olub, sülhün əldə edilməsinə səy göstərir. Rəsmi Bakı isə xarici siyasətdə Şərq Bloku ilə əməkdaşlığı intensivləşdirib. Bunun belə, Qərblə də sülh mövzusunu, danışıqları dayandırmayıb. ABŞ-ın sülh cəhdləri nəticə verəcəkmi? Vaşinqtonun bu istiqamətdəki fəaliyyəti hazırda hansı mərhələdədir? Belə bir situasiyada sülhlə bağlı irəliləyiş mümkündürmü? Bakı sülh şərtlərini tam qarşı tərəfə – həm İrəvana, həm Vaşinqtona – diktə edə, keçirə biləcəkmi? Ümumiyyətlə, İlham Əliyev ABŞ-a sülhlə bağlı mandat veribmi? Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Bakı sülhlə bağlı heç bir ölkəyə, qütbə mandat verməyib: Minsk Qrupu adlı vasitəçilik missiyası tarixin arxivinə göndərilib. ABŞ-ın son zamanlar Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh müqaviləsi layihəsi ilə bağlı həyəcanlı gedişlərinin əsas səbəbi isə iki amillə bağlıdır. Bunlardan biri sülh razılaşmasının noyabrda keçiriləcək seçki öncəsi demokratların xarici siyasətdə əldə etdiyi “uğur” kimi təqdim olunması ilə bağlıdır. Çünki Bayden hakimiyyətdə olduğu zaman kəsiyində qlobal miqyasda cüzi də olsa uğur kimi qiymətləndirə biləcək heç bir nəticə əldə etməyib. Son 4 il ərzində dünyada beynəlxalq hüququn norma və prinsiplərinə uyğun öz həllini tapan yeganə münaqişə ilə bağlı nəticəyə isə Azərbaycan öz gücü və iradəsi hesabına nail olub. Digər münaqişə və böhranlar isə olduğu kimi qalmaqdadır və Bayden administrasiyasının uğursuz siyasəti nəticəsində daha da dərinləşməkdədir. İndi Ağ Ev sahibləri Azərbaycanın, içərisində Vaşinqtonun da yer aldığı çoxsaylı total maneələrə baxmayaraq, öz gücü hesabına əldə etdiyi nəticədən seçki təşviqatlarında istifadə üçün yararlanmağa çalışırlar”. Politoloq deyib ki, ikinci amil isə “Gallup”un keçirdiyi son sorğunun quraşdırılmış nəticələrinə görə “xilas edilməsinə” ehtiyac duyulan Nikol Paşinyanla bağlıdır: “Vaşinqton görüşü ilə paralel “Gallup”un keçirdiyi sorğunun nəticələrinin açıqlanması və respondentlərin 80%-dən çoxunun konstitusiya dəyişikliklərinin “əleyhinə” olduğunun vurğulanması da təsadüfi deyil. Elə USAİD-in qatı ermənipərəst direktoru Samanta Poverin Ermənistana səfərini və burada “Qarabağ erməniləri” ilə bağlı verdiyi bəyanatları da təsadüfi hesab etmirəm. Ağ Ev bir tərəfdən Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edir, digər tərəfdən Ermənistan ərazisindən Azərbaycana qarşı təzyiq xarakterli bəyanatların verilməsi üçün Bakıda, istintaq təcridxanasında ədalət məhkəməsi qarşısına çıxarılmasını gözləyən separatçı, Ruben Vardanyanın yaxın dostu Samanta Poveri İrəvana göndərir. ABŞ Ermənistan cəmiyyətinin konstitusiya dəyişikliklərinin əleyhinə olduğunu nümayiş etdirmək üçün sorğu keçirir və rəsmi İrəvana bu məsələdə də dəstək verir. Buradan çıxara biləcəyimiz yeganə nəticə ondan ibarətdir ki, Ağ Ev sülh müqaviləsinin tələm-tələsik, Ermənistan konstitusiyasından və digər hüquqi-normativ aktlardan Azərbaycana qarşı ərazi iddiaları çıxarılmadan imzalanmasını istəyir. Çünki belə bir “sülh müqaviləsi” istənilən vaxt konstitusiyaya zidd olduğu üçün ləğv edilə bilər. Bu baxımdan, Vaşinqtonun səylərinin, indiki halda heç bir nəticə verməyəcəyini düşünürəm. Sülh müqaviləsinin imzalanması üçün əsas maneələr aradan qaldırılmalıdır və bunun noyabra qədər baş tutacağı inandırıcı görünmür”. |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|