» » Zelenski əlavə 500 milyon dollarlıq hərbi yardımı ala bildi

Zelenski əlavə 500 milyon dollarlıq hərbi yardımı ala bildi

Bölmə: Dünya, MANŞET
Zelenski əlavə 500 milyon dollarlıq hərbi yardımı ala bildi





Kanada hakimiyyəti Kiyevə əlavə 500 milyon Kanada dolları (367 milyon ABŞ dolları) hərbi yardım verəcək.

"Xalqinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.


Yardım Kanadanın baş naziri Castin Trüdo ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən ikitərəfli görüşdən sonra açıqlanıb.

Bu paket Kanadanın Ukraynaya vəd etdiyi və ya artıq verdiyi 4 milyard dollarlıq hərbi yardıma əlavə olunacaq. Maliyyələşdirmənin böyük hissəsi NATO-nun təşəbbüsü ilə yönəldiləcək və bu təşəbbüslə Ukrayna 40 milyard avro yardım alacaq.

Eyni zamanda, Kanada Qərb hərbi təyyarələrini idarə etməyi öyrənən ukraynalı pilotlar üçün təlim proqramını genişləndirəcəyini açıqlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler