Gürcüstan 30 milyondan məhrum oldu: Zurabişvili onları ittiham etBölmə: Dünya
![]() Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan hakimiyyətini Qərbə qarşı “düşmənçilik siyasəti” yürütməkdə ittiham edib. Xalqinfo.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti öz Feysbuk səhifəsində yazıb. O, ABŞ-ın bu il üçün planlaşdırdığı “Layiqli tərəfdaş” adlı gürcü-amerikan təlimlərini niyə ləğv etməsinin səbəbini açıqlayıb. Zurabişvili həmçinin bildirib ki, məhz həmin siyasətin nəticəsidir ki, Avropa İttifaqı Gürcüstanın müdafiə sektoruna 30 milyon avro ayırmasını dondurub. Zurabişvili Gürcüstanın siyasi çoxluğunun seçdiyi xətti, həmçinin “Gürcü arzusu”nu da düşüncəsiz adlandırıb. Xatırladaq ki, bu gün Almaniyanın da Gürcüstanla əməkdaşlıq proqramlarına yenidən baxmağa başladığı məlum olub. |
|