» » Putin "sevgi" fenomeni ilə nə

Putin "sevgi" fenomeni ilə nə demək istədi ?

Bölmə: Dünya
Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında şəxsi həyatı barədə danışıb və sərxoş jurnalistin sualını cavablandırmalı olub.


Xalqinfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Putin şəxsi həyatında hər şeyin qaydasında olduğunu deyib:

“Hər şey qaydasındadır, narahat olmayın. Mənim Avropadan olan bir tanışım var, rəisdir. Məndən soruşdu ki, “qulaq as, sənin sevdiyin var?”. Mən soruşdum: “Hansı mənada?”. O deyir “sən kimi sevirsən yəni?”. Cavab veririəm ki “hə”. “Bəs səni kimsə sevir?”. Cavab verdim: Bəli. O isə “şükür Allaha” dedi.

Mətbuat konfransında digər diqqət çəkən məqam isə Rusiya prezidentinə sual verən jurnalistlərdən birinin sərxoş olması olub. Əvvəlcə özünün Türkiyədən gələn jurnalist kimi təqdim edən şəxs sual vermək üçün ona şans veriləndə Kirovdan olduğunu bildirib. Putin “siz axı Türkiyədən deyilsiniz” dedikdə isə jurnalist “nə etmək olar, belə alındı” deyib və zaldakı digər jurnalistlərin də gülüşünüə səbəb olub.

Jurnalist mövcud iqtisadi durumda Vyatsk kvaslarını gözləyən böhrana toxunub. Putin Koka-Kola ilə müqayisədə Vyatsk kvaslarının faydasına arxayın olduğunu və yerli istahlakçılara yardım edəcəyinə vəd verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler