» » “İlahi müdaxilə olarsa, geri çəkilərəm” -

“İlahi müdaxilə olarsa, geri çəkilərəm” - Bayden

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
“İlahi müdaxilə olarsa, geri çəkilərəm” -
ABŞ prezidenti Co Bayden yalnız ilahi müdaxilə olacağı təqdirdə prezidentliyə namizədliyini geri götürəcəyini açıqlayıb.

“Xalqinfo”nun məlumatına görə, o bu barədə ABC telekanalına müsahibəsində deyib.

“Əgər uca Allah göydən enib desə, mən bunu edə bilərəm”, - Ağ Evin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, ABŞ Konqresinin hər iki palatasındakı Demokratlar Partiyası qruplarının rəhbərliyi ondan seçkini tərk etməməyi xahiş edib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Tramp Respublikaçılar partiyasının, Bayden isə Demokratların namizədi kimi seçkilərdə iştirak edəcək.

81 yaşlı Co Bayden və 78 yaşlı Donald Tramp ABŞ tarixində prezident seçkilərində ən yaşlı namizədlərdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler