» » Yeni Baş nazir Zelenskiyə söz verdi

Yeni Baş nazir Zelenskiyə söz verdi

Bölmə: Dünya, BLOK XƏBƏR
Yeni Baş nazir Zelenskiyə söz verdi




Ukrayna lideri Volodimir Zelenski Böyük Britaniyanın yeni baş naziri Kir Starmerlə telefon danışığı aparıb.

"Xalqinfo" xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında qeyd edib.


Söhbət zamanı tərəflər Kiyevə Londondan yardımın davam etdirilməsini müzakirə ediblər.

“Böyük Britaniyanın Ukraynaya dəstəyinin prinsipcə dəyişməz qalacağına dair əminliyə görə Kir Starmerə minnətdaram. Biz NATO-nun Vaşinqtonda keçirilən sammitindən və digər beynəlxalq tədbirlərdən əvvəl mövqeləri razılaşdırdıq və ikitərəfli əməkdaşlığın davam etdirilməsi məsələsini müzakirə etdik”, - deyə Zelenski yazıb.

O əlavə edib ki, Kiyev və London arasında gündəmdə yüz illik tərəfdaşlıq sazişinin hazırlanması var. Eyni zamanda, 2024-cü ilin əvvəlində tərəflər on il müddətinə hərbi əməkdaşlığı nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler