Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq?Bölmə: Dünya, BLOK XƏBƏR
![]() İngiltərədə keçirilən parlament seçkilərində iqtidarda olan Mühafizəkarlar Partiyası çox böyük fərqlə məğlub oldu, Leyboristlər Partiyası 14 il aradan sonra tarixi qələbə qazandı. Bu sözləri Axar.az-a Böyük Britaniyada keçirilən parlament seçkilərinin nəticələri barədə danışan Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib. Alim Mühafizəkarlar Partiyasının seçkidəki məğlubiyyətinin səbəblərindən danışıb: “May ayında yerli idarəetmə orqanlarına keçirilən seçkilərdən sonra parlament seçkilərinin nəticələrinin belə olacağı proqnozlaşdırılırdı. Ancaq heç kim aradakı fərqi belə təsəvvür etmirdi. Rişi Sunak da çıxışında bu faktı təsdiqlədi. Avropadakı son seçkilərə nəzər yetirdiyimiz zaman ifrat sağçıların hakimiyyətə gəldiyini müşahidə edirik. Çünki burada qaçqın, qeyri-qanuni miqrasiya və iqtisadi problemlər daha çox nəzərə çarpır. Əslində Britaniyada da eyni problemlər var idi və Sunak onları həll edəcəyi ilə bağlı xalqa vədlər vermişdi. Ancaq Britaniyada əsas problem və narazılıqlar iqtisadiyyatla bağlıdır. Çünki London AB-dən ayrılandan sonra ölkənin iqtisadi vəziyyətinin daha yaxşı olacağını düşünürdü. Lakin hələ ki, verilən vədlər tam reallaşmayıb və sərbəst iqtisadi sistem oturuşmayıb. Mühafizəkarların dövründə işsizlik 5 faizə qalxdı. Leyboristlər də səhiyyə sahəsindəki islahatları və digər məsələlərə önə çıxararaq qalib oldu”. Akyar hazırki beynəlxalq vəziyyətdə yeni hökumətin qarşısında çətin vəzifələrin dayandığını bildirib: “İqtidar dəyişikliyinin ölkənin xarici siyasətinə təsiri barədə isə hələ danışmaq tezdir. Ancaq Sunakın yerinə gələn Starmeri siyasi baxımdan keçmiş baş nazir Toni Bleyerə bənzədən də çoxdur. Ona görə də iqtisadi və xarici siyasət sahəsində ABŞ-la bir hərəkət edəcəyini, İsrail və Ukraynanı dəstəkləyəcəyini, Cənubi Qafqaz siyasətini də eynilə davam etdirəcəyini demək mümkündür. Lakin bu, Starmerin partiya daxilində mövqelərinin zəifləməsinə və müsəlmanlar yaşayan bölgələrdə səs itirməsinə gətirib çıxara bilər. Hər halda qarşıda Starmeri çətin günlər gözləyir. O, əhaliyə verdiyi vədləri yerinə yetirilməli, aktiv xarici siyasət aparmalı, bütün bunları edərkən balansı da saxlamalıdır”. Qeyd edək ki, artıq Keyr Starmer Britaniyanın yeni baş naziri kimi fəaliyyətə başlayıb. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|