» » Fəxrəddin Qoca işdən çıxarıldı

Fəxrəddin Qoca işdən çıxarıldı

Bölmə: Dünya
 Fəxrəddin Qoca işdən çıxarıldı




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki naziri dəyişib.

Xalqinfo.az xəbər verir ki, Türkiyə liderinin müvafiq Sərəncamı “Rəsmi Qəzet”də dərc olunub.

Sənədə əsasən, ölkənin səhiyyə naziri postunda Fəxrəddin Qoca Kamal Memişoğlu ilə əvəzlənib.

Ətraf mühit və şəhərsalma naziri Mehmet Özhasekinin yerinə isə, 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurum təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocanın istefa verməsi ilə bağlı məlumat yayılsa da, sonradan bu xəbər öz təsdiqini tapmamışdı.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler