ABŞ Ermənistanla yeni saziş imzaladı - Yenilənib
11 iyun 2024 16:11
Baxış: 187
Şərh: 0
Çap
“Ermənistan və ABŞ gömrük sahəsində məlumat mübadiləsi ilə bağlı saziş imzalayacaq”.
Xalqinfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn İrəvanda Ermənistanla ABŞ arasında Strateji dialoqun ikinci iclasında deyib.
Onun sözlərinə görə, bu, ticarət üçün yeni imkanlar yaradacaq və biznesin işini asanlaşdıracaq.
***
Ermənistan XİN-in məlumatına görə, ABŞ ilə Ermənistan arasında “Gömrük orqanlarına qarşılıqlı yardım haqqında” saziş imzalanıb.
Sənəd Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan və ABŞ-nin İrəvandakı səfiri Kristina Kvin tərəfindən imzalanıb.
|