» » Keçmiş sovet ölkəsi hərəkətə keçdi -

Keçmiş sovet ölkəsi hərəkətə keçdi - Ukrayna üçün qələbə planı hazırladı

Bölmə: Dünya
Keçmiş sovet ölkəsi hərəkətə keçdi -





Estoniya Ukraynanın üç il ərzində müharibədə qalib gəlməsinə kömək etmək məqsədilə Qərb ölkələri üçün hərbi plan hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Estoniyanın ERR agentliyi məlumat yayıb.

Planda əsas tezis ondan ibarətdir ki, Qərb müharibədə Ukraynaya kömək etməkdən çəkinməməlidir.

Estoniya Müdafiə Nazirliyi tərəfindən hazırlanan “Ukraynanın müharibədə qələbəsi planı” Kiyevi dəstəkləyən Qərb ölkələri (“Ramşteyn qrupu”) üçün nəzərdə tutulub. Sənəddə qeyd olunur ki, sözügedən qrupa üzv ölkələrin ÜDM-ü 47 trilyon avro təşkil edir, bunun da yalnız 0.2 faizi Ukraynaya yardıma yönəldilib. Eyni zamanda, Rusiyanın ÜDM-ü 2 trilyon avro həcmində qiymətləndirilir.

“Qərbin iqtisadiyyatı Rusiya iqtisadiyyatından 10 dəfə böyükdür. Fərq böyükdür, amma problem ondadır ki, Rusiya artıq hərbi iqtisadiyyat yoluna keçib, yəni iqtisadiyyatının yarısı artıq birbaşa bunun üçün işləyir. Qərbdə belə deyil, belə demək mümkündürsə, hələ ayılmayıblar”, - Estoniya parlamentinin Müdafiə Komitəsinin rəhbəri Kalev Stoyçesku deyib.


Sənəddə bildirilir ki, Qərb ölkələri müdafiə sənayesi sektorunun istehsalını artırmalıdır. Amma Estoniya nümunəsi göstərir ki, sursat istehsalı məqsədilə zavodun işə salınması üçün ən azı iki il vaxt lazımdır. Ekspertlər hesab edirlər ki, siyasi iradə olarsa, bu müddətləri xeyli qısaltmaq olar.

“Qərbin hərbi-sənaye sektoruna müharibənin lap əvvəlindən istehsalın həcmini ciddi şəkildə artırmaq lazım olduğuna dair açıq siqnal verilsəydi, bu gün tamamilə fərqli olardı. Əsas problem hazırkı istehsal həcmi deyil, Qərbin qərarsızlığıdır, təəssüf ki, burada ən böyük rolu ABŞ oynayır. Vaşinqton aydın addımlar atsaydı, Avropa ölkələri daha qətiyyətli olardı”, estoniyalı politoloq İndrek Kannik vurğulayıb.

Ekspertlərə görə, həm Brüssel, həm də Vaşinqtondakı ziddiyyətlər aradan qalxacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler