Nobel sülh mükafatı laureatına hökm oxunduBölmə: Dünya
Banqladeş məhkəməsi Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusa 6 ay həbs cəzası verib. "Xalqinfo" xəbər verir ki, Yunusla bərabər onun təsis etdiyi “Grameen Telecom” telekommunikasiya şirkətinin rəhbəri Əşrəful Həsən də məhkum edilib. Hər ikisi də bir maddə ilə 5 min taka (45 dollar), digər maddə ilə isə 25 min taka (227 dollar) cərimə olunub. Cərimələri ödəmədiklərinə görə məhkumları müvafiq olaraq əlavə 10 və 15 gün həbs gözləyir. 83 yaşlı iqtisadçı Məhəmməd Yunus 2006-cı ildə iqtisadi inkişafla bağlı fəaliyyətinə görə Nobel sülh mükafatına layiq görülüb. O, 1983-cü ildə təsis etdiyi “Grameen Bank” vasitəsilə Banqladeşin kəndlərində yoxsullara mikrokredit verməyə başlayanda beynəlxalq səviyyədə tanınıb. Daha sonra ölkənin baş naziri Şeyx Hasina Yunusu fermerləri maliyyə əsarəti altına almaqda günahlandırıb, onlar alınan kreditlərə görə illik təxminən 20 faiz ödəməli idilər. 2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Yunusun xeyriyyə fondları ilə bağlı araşdırmaya başlayıb. |
XƏBƏR LENTİ
27.09.24 07:08 | Azərbaycanda Anım Günüdür
27.09.24 07:05 | ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
27.09.24 07:01 | Nazirimiz Baydenlə görüşdü
27.09.24 06:54 | Paşinyanla görüşdən sonra sülh müqaviləsindən danışdı
27.09.24 06:51 | Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi
27.09.24 06:45 | Vətən müharibəsinin başlamasından 4 il ötür
23.09.24 14:03 | Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə
|