“Bu, əvvəlki dünya nizamının sonudur” BlinkenBölmə: Dünya
![]() ABŞ-nin Rusiya və Çinlə geosiyasi rəqabətinin artması soyuq müharibədən sonrakı dünya nizamının sona çatdığını göstərir. "Xalqinfo" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində çıxışı zamanı deyib. “İndi qarşılaşdığımız vəziyyət Soyuq Müharibədən sonrakı nizamın sınağından daha böyükdür. Bu, onun sonudur. Onilliklər boyu davam edən müqayisəli geosiyasi sabitlik öz yerini avtoritar dövlətlərlə və güclərlə artan rəqabətə verib”, - deyə Blinken bəyan edib. ABŞ dövlət katibi vurğulayıb ki, Rusiyanın Ukraynada müharibəyə başlaması “beynəlxalq nizam üçün ən təcili, kəskin təhdiddir”. “Eyni zamanda, Çin uzunmüddətli perspektivdə ən ciddi problemdir. Çünki o, təkcə beynəlxalq nizamı dəyişməyə çalışmır, həm də bunun üçün artan iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malikdir. Moskva və Pekin sərhədsiz tərəfdaşlıqları vasitəsilə dünyanı avtokratiyalar üçün daha təhlükəsiz bir yerə çevirmək məqsədilə getdikcə daha çox işləyirlər. Beləliklə, biz ABŞ Prezidenti Co Baydenin dediyi kimi, dönüş nöqtəsini yaşayırıq. Bir dövr bitir, digəri başlayır və indi qəbul etdiyimiz qərarlar onilliklər boyu gələcəyi formalaşdıracaq”, - ABŞ Dövlət Departamentinin rəhbəri bildirib. |
XƏBƏR LENTİ
27.09.23 13:25 | “Nazir müavini və Ağsunun icra başçısı əlbir olub istirahət mərkəzimizi əlimizdən alır”-Video
21.09.23 13:30 | Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!
20.09.23 21:55 | Prezident şəhidlərimizdən danışdı
20.09.23 21:53 | Onlardan ciddi tədbir görülməsi tələb edilib - Prezident
20.09.23 05:32 | Xocavənd "meri" məhv edildi
20.09.23 05:13 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi
19.09.23 23:41 | Ordumuzun antiterror tədbirinə İrandan reaksiya
19.09.23 23:34 | Ermənilər bu kəndlərimizdən çıxdı - SİYAHI
19.09.23 23:32 | BMT Qarabağa görə TOPLANIR
19.09.23 23:29 | İrəvanda aksiyada polis zorakılığı: yaralılar var
19.09.23 23:27 | Rusiya Ermənistana nota verdi - Təcili
19.09.23 16:41 | Azərbaycan və Türkiyənin müdafiə nazirləri TƏCİLİ DANIŞIQ APARDI
19.09.23 16:38 | Qarabağ türk yurdudur - Bahçelidən Azərbaycana DƏSTƏK
19.09.23 16:36 | İrəvanda əhali hökumət binasının önünə toplaşır – Paşinyanı...
19.09.23 16:34 | Zaxarova erməniləri ələ saldı: “Bəs deyirdiz...”
19.09.23 16:32 | “TikTok”un bağlanması rəsmən təsdiqləndi
19.09.23 16:31 | Müdafiə Nazirliyindən Xankəndi AÇIQLAMASI
19.09.23 16:29 | Qarabağda antiterror əməliyyatı başladı – RƏSMİ AÇIQLAMA
15.09.23 23:45 | Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak OLDU
15.09.23 23:42 | Ukrayna vuracağı hədəfi özü müəyyən edir, biz demirik - ABŞ
15.09.23 15:57 | Ərdoğanın 15 müşaviri istefaya göndərildi
15.09.23 15:53 | Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror
15.09.23 15:49 | İlham Əliyev bu iclasın iştirakçılarına müraciət etdi
13.09.23 23:59 | Qəzada həlak olan daha bir hərbçimiz
13.09.23 23:57 | “Bu, əvvəlki dünya nizamının sonudur” Blinken
13.09.23 23:49 | Üç hərbçimiz qəzada həlak oldu
|