» » Ərdoğan: “Xalqımız müxalifətin düşdüyü tragikomik vəziyyəti gülə-gülə izləyir”

Ərdoğan: “Xalqımız müxalifətin düşdüyü tragikomik vəziyyəti gülə-gülə izləyir”

Bölmə: Dünya
Ərdoğan: “Xalqımız müxalifətin düşdüyü tragikomik vəziyyəti gülə-gülə izləyir”




“Mayın 14-də milli iradə təzahür edəcək, sevgili millətimiz növbəti tarixi mərhələyə uğurla qədəm qoyacaq. Seçki qutularından qalib çıxacağımıza şübhə etmirəm”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Maliyyə Mərkəzinin açılış mərasimində çıxış edərkən deyib.

İstanbul Maliyyə Mərkəzinin fəaliyyətinə toxunan Türkiyə lideri bildirib ki, mərkəz 50 min adamı məşğulluqla təmin edəcək.

“Qlobal maliyyənin mərkəzi qərbdən şərqə doğru dəyişir. Bizim geosiyasi mövqeyimiz yeni imkanlar açır. İstanbul keçmişdə olduğu kimi bu gün də şərqlə qərb arasında maliyyə əlaqəsi yaratmaq potensialına malikdir”, - deyə Türkiyə prezidenti vurğulayıb.

R.T.Ərdoağan nitqinin davamında yenidən seçki prosesindəki məqamlara toxunub.

69 yaşlı siyasətçi bəyan edib ki, müxalifətin Türkiyəni idarə etmək baxışına sahib deyil.

“Xalqımız müxalifətin düşdüyü tragikomik vəziyyətə ya gülə-gülə, ya da kədərlə baxır”, - deyə Ərdoğan söyləyib.

Mənbə: Haber Global

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler