» » Putini tənqid edən jurnalist həbs edildi

Putini tənqid edən jurnalist həbs edildi

Bölmə: Dünya
Putini tənqid edən jurnalist həbs edildi




Rusiyada Vladimir Putinin hakimiyyətinin əleyhdarlarından olan Vladimir Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum edilib.

"Xalqinfo" xəbər verir ki, 41 yaşlı müxalifət fəalı və jurnalist bu gün məhkəmədə Ukraynaya müdaxiləni tənqid etdiyinə görə "vətənə xəyanət"də təqsirli bilinib.


İttihamları rədd edən və “Dediklərimlə fəxr edirəm” deyən Kara-Murza hökm elan edildikdən sonra “Rusiya azad olacaq” şüarları səsləndirib.

İngilis pasportu da olan rusiyalı dissidentə verilən həbs cəzası Londonda böyük əks-səda doğurub. İngiltərə Rusiyanın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq qərara etiraz edib.

Ötən il Moskvada saxlanılan Vladimir Kara-Murza Qərb ölkələrinin Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib. Kreml Kara-Murzanı “Rusiyaya qarşı dezinformasiya fəaliyyəti həyata keçirməkdə” ittiham edərək, Rusiya ordusunun Ukraynada hərbi cinayətlər törətdiyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler