» » Özbəkistanda prezidentlik müddəti uzadılır

Özbəkistanda prezidentlik müddəti uzadılır

Bölmə: Dünya
Özbəkistanda prezidentlik müddəti uzadılır




“Özbəkistan Respublikasının Konstitusiyası haqqında” qanun layihəsinə ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə qədər artırılması barədə bənd daxil edilib.

“Xalqinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, sənədin layihəsi bu gün paylaşılıb.
Ətraflı

Özbəkistanın hazırkı Konstitusiyasına əsasən, ölkədə prezidentlik müddəti 5 il təşkil edir. Müvafiq dəyişikliklər 2011-ci ilin dekabrında qəbul edilib.

Konstitusiyanın yeni variantı, həmçinin dövlət başçısı Şavkat Mirziyoyevə üçüncü dəfə ardıcıl olaraq prezident seçilməyə imkan verəcək. Əvvəl isə prezident postuna ardıcıl 2 dəfə seçilmək mümkün idi.
Qeyd edək ki, ötən həftə Özbəkistanın Aşağı palatasının deputatları aprelin 30-na Konstitusiyaya dəyişikliklər barədə referendum təyin ediblər. Martın 14-ü isə Senat sözügedən qərarı təsdiq edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler