» » Ərdoğan AÇIQLADI: “Bizi təhdid edənlər...”

Ərdoğan AÇIQLADI: “Bizi təhdid edənlər...”

Bölmə: Dünya, MANŞET
Ərdoğan AÇIQLADI: “Bizi təhdid edənlər...”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ABŞ-dan nə döyüş təyyarələrini, nə də onlara ödənilən pulu alıb.

Xalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Bizi Rusiyadan “S-400”ləri alacağımız halında təhdid edənlər vardı. Əvəzində heç nə təklif etmirdilər. İndi biz “F-16”ların tədarükü ilə bağlı danışıqlar aparırıq, bizə rədd cavabı verilir. Bizə “F-35” təyyarələri vəd etdilər, lakin sözlərində durmadılar, baxmayaraq ki, biz təxminən 1 milyard 400 milyon dollar ödəmişdik. Təyyarə yoxdur, pul da qaytarılmayıb”, - deyə dövlət başçısı bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman sözünü tutduğunu və tərəfdaşlarından da bunu gözlədiyini söyləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler