Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZBölmə: Dünya
![]() “Rusiya və Ukrayna arasında savaşın mütləq qalibi olmayacaq”. Xalqinfo.az "Musavat" in xarici agentliklərə istinadına əsasən xəbər verir ki, bu rəy Amerikanın “RAND Corporation” araşdırma mərkəzinin hesabatında əks olunub. Analitiklər vurğulayırlar ki, Ukraynanın mütləq qələbəyə nail olmaq niyyəti yoxdur. Onun yeganə məqsədi Rusiyanı məhv etmədən öz ərazilərini geri qaytarmaqdır. “2022-ci ilin payızında Xarkov və Xersonda Ukraynanın uğurlu əks-hücumları Kiyevin döyüş meydanındakı perspektivləri ilə bağlı nikbinliyi yeniləsə də, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də Ukraynanın 4 bölgəsinin ilhaq olunduğunu elan etməsi savaşın bitməsinin uzaq perpektivdə olduğunu xatırlatdı”, - deyə sənəddə bildirilir. Ekspertlərə görə, Ukraynanın döyüş qabiliyyəti yüksəkdir və o, Rusiya hərbçilərini ölkədən çıxarmağa nail olana qədər vuruşa bilər. Bu fikrin tərəfdarları Rusiyanın nüvə silahından istifadə və ya Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə müharibə risklərinin idarə oluna biləcəyini iddia edirlər. Rusiya ordusunun Ukraynadan çıxarılması halında Moskvanın hətta vurduğu ziyana görə təzminat ödəməkdən başqa çarəsi qalmayacaq. Bununla belə, keçmiş müharibələrin acı təcrübəsi və indiki savaşın gedişatı gözdən keçirildikdə belə bir optimist ssenarinin gerçəkləşməsi mümkün görünmür. Mütləq qələbədən danışarkən ekspertlər “qalib dövlət məğlub ölkənin ərazisini zəbt edərək tam hakimiyyətini qurur” tərifinə istinad edirlər. Hitler Almaniyasına qarşı savaşan müttəfiq dövlətlər belə bir qələbəni İkinci Dünya müharibəsində əldə ediblər. Ancaq analitiklərin fikrincə, hazırkı müharibədə bu variant çətin ki, alınsın. Üstəlik, Ukrayna 1991-ci il sərhədlərinə qayıtsa belə, Rusiya müharibədən çox ziyanla çıxmayan donanma və hava qüvvələrinin köməyi ilə zərbələr endirə biləcək. “Tərəflərin heç birinin mütləq qələbəyə nail olmağa gücü çatmadığı üçün müharibənin danışıqlarla başa çatması ehtimalı da var. Müzakirələr, mütləq qələbədən fərqli olaraq, döyüşən tərəflərdən sülhün şərtlərinin pozulması ilə bağlı müəyyən riski qəbul etməyi tələb edir”, - deyə hesabatda vurğulanıb. |
XƏBƏR LENTİ
24.03.23 18:51 | Məni rus agentləri zəhərləyib, dəqiq xatırlayıram - Saakaşvili
23.03.23 15:15 | Dilarə Əliyevanın səhhəti pisləşdi - Foto
22.03.23 23:38 | Putin Braziliyada həbs olunacaq?
22.03.23 23:25 | Qarabağda müharibə bitməyib, dayandırılıb...
22.03.23 23:20 | “Azərbaycan qadını ailə dağıtmaqla məşğuldur” - Qalmaqallı açıqlama
22.03.23 23:15 | Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
22.03.23 23:11 | Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? - DOSYE
22.03.23 17:49 | Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
22.03.23 17:47 | "Rusiyanın süqutuna hazırlaşmalıdırlar" - Saakaşvili
22.03.23 17:42 | Məşhur icra başçısı yola salınır
22.03.23 17:39 | İran Naxçıvan sərhədinə hərbi texnika yeridir
22.03.23 06:38 | Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü - Yenilənib
21.03.23 10:42 | Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir
21.03.23 10:39 | Yaponiyanın Baş naziri Ukraynaya səfər etdi
19.03.23 13:44 | Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq- Siyahı
19.03.23 13:39 | Hacı Nuran Pərvanəyə elçi çıxdı
19.03.23 13:36 | Prezidentin bəyanatları təsdiqlədi: Sülh olmayacaq!
18.03.23 15:33 | Prezident ailəsi ilə Tərtərə getdi
17.03.23 22:14 | Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi
17.03.23 15:13 | Eldar Sultanov təqaüdə göndərildi - Fotolar
16.03.23 18:20 | TDT liderlərinin Ankara Bəyannaməsi yayıldı
16.03.23 18:18 | Öz bədənini yeyən qadın - “Dadı mal ətinə bənzəyir”
16.03.23 16:14 | Şeyx Paşinyana çağırış etdi
16.03.23 16:09 | Nazir qəbul keçirdi, 22 qazi işə qəbul olundu
16.03.23 16:06 | Rüşvətə görə tutulan polkovnikin cəzası azaldıldı
|