» » Moskva məhkəməsi Rusiyanın ən qədim insan haqları təşkilatını ləğv etdi

Moskva məhkəməsi Rusiyanın ən qədim insan haqları təşkilatını ləğv etdi

Bölmə: Dünya
Moskva məhkəməsi Rusiyanın ən qədim insan haqları təşkilatını ləğv etdi

Moskva məhkəməsi Rusiyanın ən qədim insan haqları təşkilatı olan “Moskva Helsinki Qrupu”nu ləğv edib. Keçmiş Sovet İttifaqı dövründə, 1970-ci illərdə yaradılmışdır.

Xalqinfo.az "Unikal"a istinadən xəbər verir ki, hüquq müdafiə təşkilatının təsis edilməsi akademik Andrey Saxarovun mənzilində keçirilən mətbuat konfransında elan edilib.


Ötən ilin sonunda Rusiya Ədliyyə Nazirliyi yoxlamalar nəticəsində qanun pozuntularının aşkar edildiyini əsas gətirərək hüquq müdafiə təşkilatının ləğvini tələb edərək məhkəməyə müraciət etmişdi.

“Böyük günah işlədirsən. Siz insan haqları hərəkatını məhv edirsiniz”, - təşkilatın həmsədri Valeri Borşçev Moskva məhkəməsində bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler