"2019-cu ildə Hindistan və Pakistan nüvə münaqişəsi ərəfəsində idi" - PompeoBölmə: Dünya
![]() ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo bildirib ki, Hindistanın keçmiş xarici işlər naziri Suşma Svarac 2019-cu ilin fevralına keçən gecə ona zəng edərək, Pakistanın nüvə silahından istifadə ilə bağlı mümkün planları barədə xəbərdarlıq edib. Xalqinfo.az "Musavat"a iasinadən xəbər verir ki, bu barədə çərşənbə günü "India Today" telekanalı Pompeonun xatirələrinə istinadən məlumat yayıb. “O gecəni heç vaxt unutmayacağam. Hindistan və Pakistan Kəşmirin şimal sərhədlərində uzunmüddətli mübahisə ilə əlaqədar bir-birini təhdid etməyə başlayanda mən Vyetnamda idim. Hanoyda məni hindistanlı həmkarımla danışmaq üçün oyatdılar. O, pakistanlıların zərbə vurmaq üçün nüvə silahlarını hazırlamağa başladığına inanırdı”, - Pompeo deyib və əlavə edib. Pompeo deyib ki, zəngdən sonra o, "o vaxt onunla birlikdə Hanoyda olan ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonla işləməyə başlayıb: "Pakistanla danışıqlar zamanı məlum oldu ki, İslamabad da həmin an Hindistanın nüvə zərbəsi endirəcəyini gözləyirmiş. “Onların hər birini qarşı tərəfin nüvə müharibəsinə hazırlaşmadığına inandırmaq bir neçə saat çəkdi”, - Pompeo yazıb. ABŞ-ın keçmiş dövlət katibinin sözlərinə görə, dünya o an Hindistan və Pakistanın nüvə toqquşmasına nə qədər yaxın olduğunu dərk etmir. Pompeonun təsvir etdiyi hadisələrin 2019-cu ilin fevralında Hindistanın Balakot şəhəri yaxınlığındakı Pakistan yaraqlılarının ən böyük düşərgəsinə zərbələrindən sonra baş verdiyi iddia edilir. Daha sonra Hindistan bu addımı Ceyş-i Məhəmməd yaraqlılarının Hindistanın Cammu və Kəşmir əyalətində Hindistan təhlükəsizlik qüvvələrinin karvanına hücumu və 45 nəfərin ölümünə səbəb olduğu üçün atıb. Hindistan Xarici İşlər Nazirliyi Pompeonun açıqlamalarına hələlik münasibət bildirməyib. Kəşmir 1947-ci ildən, Britaniya Hindistanı müstəqillik qazandıqdan sonra dini zəmində iki dövlətə bölündüyündən bəri iki ölkə arasında mübahisə nöqtəsi olub. Hazırda rayonda dövlət sərhədi yoxdur: ərazisi nəzarət xətti ilə bölünüb. |
XƏBƏR LENTİ
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
28.01.23 15:02 | İtaliya səfirliyinin maşını yandırıldı
28.01.23 15:00 | Misir Prezidentinin Azərbaycana səfəri başa çatdı
28.01.23 13:20 | İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı
28.01.23 13:00 | Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır
28.01.23 12:57 | AKP İsrailə başsağlığı verdi
28.01.23 11:51 | 5 ölkədən Türkiyədəki vətəndaşlarına terror xəbərdarlığı
28.01.23 11:50 | İrandakı etirazçılar hücuma görə SEPAH-ı günahlandırır
28.01.23 11:36 | Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub
28.01.23 11:35 | Neft ucuzlaşdı
|