Ukrayna müdafiə nazirinin müavini də istefa verdiBölmə: Dünya
![]() Ukrayna müdafiə nazirinin müavini, Ukrayna Silahlı Qüvvələrinin (USQ) maddi-texniki təchizatına cavabdeh olan Vyaçeslav Şapovalov istefa verib. "Xalqinfo" xəbər verir ki, bu barədə yanvarın 24 -də idarənin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bu, Ukrayna ordusu üçün məhsulların şişirdilmiş qiymətlərlə alınması ilə bağlı qalmaqal fonunda baş verib. Qeyd olunur ki, Şapovalov Ukrayna Silahlı Qüvvələrinin stabil təminatına təhlükə yaratmamaq üçün işdən azad edilməsini xahiş edib. "Səslənən ittihamların əsassız olmasına baxmayaraq, Vyaçeslav Şapovalovun istefası ilə bağlı bəyanatı Avropa və demokratik siyasət ənənələrində layiqli addımdır, müdafiə maraqlarının istənilən kabinet və ya kürsülərdən yüksək olduğunu nümayiş etdirir", - Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Naziri Oleksiy Reznikov artıq Şapovalovun istefasını təsdiqləyib. |
XƏBƏR LENTİ
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
28.01.23 15:02 | İtaliya səfirliyinin maşını yandırıldı
28.01.23 15:00 | Misir Prezidentinin Azərbaycana səfəri başa çatdı
28.01.23 13:20 | İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı
28.01.23 13:00 | Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır
28.01.23 12:57 | AKP İsrailə başsağlığı verdi
28.01.23 11:51 | 5 ölkədən Türkiyədəki vətəndaşlarına terror xəbərdarlığı
28.01.23 11:50 | İrandakı etirazçılar hücuma görə SEPAH-ı günahlandırır
28.01.23 11:36 | Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub
28.01.23 11:35 | Neft ucuzlaşdı
|