» » İki Qafqaz ölkəsində xüsusi əməliyyat keçiriləcək -

İki Qafqaz ölkəsində xüsusi əməliyyat keçiriləcək - Putindən qorxunc plan

Bölmə: Dünya, MANŞET
İki Qafqaz ölkəsində xüsusi əməliyyat keçiriləcək -

Rusiya prezidenti Vladimir Putin praktik qələbənin mümkün olduğu 1 qonşu ölkəyə qarşı sürətli və effektiv “xüsusi əməliyyat” keçirmək istəyir.

"Xalqinfo" xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş generalına məxsus "General SVR" kanalı bildirib.


"General SVR"-ın bildirdiyinə görə, Rusiya prezidenti Gürcüstanı belə bir ölkə hesab edir. Putinin bu ideyanı yanvarın 20-də Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat görüşü zamanı açıqladığı bildirilir.

“Putin əmindir ki, hazırkı Gürcüstan rəhbərliyinin bir hissəsi ilə razılaşmaya gedib münaqişə yaratmaq, qələbə ssenarisi həyata keçirmək olar. O, hesab edir ki, bu əməliyyat zamanı Gürcüstandakı rusiyayönlü qüvvələr öz arzuolunmaz rəqiblərindən xilas ola bilərlər”, – məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya prezidenti paralel olaraq “erməni məsələsi”ni də həll etməyə hazırlaşır.

“Xüsusi əməliyyatlarla bağlı hazır ssenari ötən ilin payızından prezidentdədir. O, həmin ssenariləri bugünkü reallıqlara uyğunlaşdırılmaq və fevralın 1-dək ona təqdim etmək barədə tapşırıq verib”, - “General SVR”-in məlumatında bildirilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler