» » Son bir ildə Rusiyadan 240 milyard dollar çıxarılıb

Son bir ildə Rusiyadan 240 milyard dollar çıxarılıb

Bölmə: Dünya
Son bir ildə Rusiyadan 240 milyard dollar çıxarılıb

“Təkcə ölkədən gedən rusların deyil, həm də xaricdə müəssisələrin qeydiyyata alınmasına imkan yaradan deputatların əmlakını müsadirə etmək lazımdır”.

Xalqinfo.az Azpost.info ya istinadən xəbər verir ki, bu təkliflə Rusiya Dumasının İqtisadi Siyasət Komitəsinin sədrinin birinci müavini Nikolay Arefiyev çıxış edib.

Deputat hesab edir ki, müvafiq qanunu qəbul edənlər Rusiyanı soyublar və əmlakları dövlətin xeyrinə müsadirə edilməlidir.

“Şirkətlərin xaricdə qeydiyyatdan keçməsinə icazə verən bu qanunu müəllifləri soyulmalıdır, çünki Rusiyanı soyublar! O cümlədən, belə qanunları qəbul edən deputatlar. Dünyada elə bir ölkə yoxdur ki, insanlar bir ölkədə pul qazanıb başqa ölkəyə daşısınlar”, – Arefiyev deyib.

Deputatın sözlərinə görə, son 30 ildə Rusiyadan 2,5 trilyon dollar, 2022-ci ildə isə 240 milyard dollar çıxarılıb. Arefiyev qeyd edib ki, hazırda Rusiyada fəaliyyət göstərən 44 minə yaxın müəssisə xaricdə qeydiyyatdan keçib. O, həm gedənlərin, həm də onlara belə imkan verənlərin əmlakının müsadirə olunmasının zəruri olduğunu vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler