» » "Nüvə müqaviləsindən çıxa bilərik" -

"Nüvə müqaviləsindən çıxa bilərik" - İran Qərbi təhdid etdi

Bölmə: Dünya, MANŞET
"Nüvə müqaviləsindən çıxa bilərik" -

Avropa Parlamentinin İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu kimi tanımasına qarşı Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa bilər.

"Xalqinfo" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

O bildirib ki, Almaniya xarici işlər naziri kimi bəzi "təcrübəsiz" avropalı diplomatlar bu prosesə rəhbərlik edir. Nazir qeyd edib ki, əgər Avropa "səhvindən dönməzsə", bütün yollar nəzərdən keçirilə bilər.

Qeyd edək ki, yanvarın 19-da Avropa Parlamenti İrana qarşı daha çox sanksiyaların tətbiqi, İran lideri Ayətullah Əli Xamenei və prezident İbrahim Rəisiyə qarşı sanksiyaların tətbiqi və SEPAH-ın terrorçu kimi tanınması tələblərini özündə əks etdirən məcburi olmayan qətnamə qəbul edib.

Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 1970-ci ildə qüvvəyə minib. Hazırda 191 ölkənin iştirakçısı olduğu saziş nüvə silahının yayılmaması, nüvə enerjisindən mülki məqsədlər üçün istifadə və nüvə silahlarından imtina edilməsi prinsiplərini nəzərdə tutur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler