» » “Putinin imperializmi qalib gəlməyəcək, imkan verməyəcəyik!”-

“Putinin imperializmi qalib gəlməyəcək, imkan verməyəcəyik!”- ŞOLTS

Bölmə: Dünya, MANŞET
“Putinin imperializmi qalib gəlməyəcək, imkan verməyəcəyik!”-


“Rusiya prezidenti Vladimir Putinin Rusiyanın daxili və xarici siyasətində qəbul etdiyi imperializm qalib gəlməyəcək”.

Xalqinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bugünkü açıqlamasında bildirib.

Onun sözlərinə görə, sivil demokratik dövlətlər, ilk növbədə Almaniya və Fransa buna imkan verməyəcək. Şolts keçmişdəki çətin münasibətlərə baxmayaraq, Paris və Berlinin ortaq dəyərləri qorumaq üçün bir araya gəldiyini vurğulayıb: “Bu müdafiədə aparıcı rolu Almaniya və Fransa oynayacaq. Əvvəlki əsrlər ərzində bu iki dövlət arasında münasibətlər nə qədər çətin olsa da, onlar arasında nə qədər müharibələr getsə də, indi bütün bunlar geridə qalıb”.

“Avropa indi ümumi çağırış qarşısında birləşib. Demokratik dövlətlərin məqsədi zorakılığın siyasəti əvəz etdiyi dövrün geri qaytarılmasına imkan verməməkdir. Rusiya dünyanı məhz o dövrlərə sürükləməyə çalışır. Ona görə də Rusiya prezidenti Vladimir Putin məğlub olmalıdır. Putin imperializmi qalib gəlməyəcək. Biz buna imkan verməyəcək, Ukraynanı dəstəkləməyə davam edəcəyik”, – kansler deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler