» » Moskvada binaların damlarına PUA əleyhinə qurğular quraşdırılıb- “Bloomberg”

Moskvada binaların damlarına PUA əleyhinə qurğular quraşdırılıb- “Bloomberg” AÇIQLADI

Bölmə: Dünya, MANŞET
Moskvada binaların damlarına PUA əleyhinə qurğular quraşdırılıb- “Bloomberg”

“Bloomberg” Moskvada binaların damlarına PUA-lara qarşı hava hücumundan müdafiə sistemləri quraşdırılmasından yazıb.

"Xalqinfo" Azpost.info-ya istinadla xəbər verir ki, agentlik vəziyyətlə tanış olan rəsmilərə istinadən qeyd edir ki, bu yolla hakimiyyət mərkəzi Rusiyaya hücumlar olacağı təqdirdə onun təhlükəsizliyi təmin etmək istəyir.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qurğularının quraşdırılması ilə bağlı məlumatı şərh etməyib.

Qeyd edək ki, internetdə zenit silahlarına bənzər iri həcmli qurğuların paytaxtın damlarında quraşdırılmasının şəkilləri yayılıb. “Bloomberg” 2022-ci ildə dronların Ryazan və Saratov vilayətində Rusiya hərbi obyektlərinə hücum etdiyini xatırladıb. Həmin vaxt hakimiyyət hücuma görə Ukraynanı günahlandırıb, Kiyev isə zərbələrə görə məsuliyyəti üzərinə götürməyib.

Agentliyin mənbələrinə görə, yeni hava hücumundan müdafiə vasitələri paytaxt ətrafında əvvəllər mövcud olan sistemləri tamamlayacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Müdafiə Nazirliyi və başqa binaların damlarına zenit-raket kompleksinin yerləşdirilməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler