» » Ruslar Ukraynaın Baxmut şəhərinə aramsız hücumlar edir

Ruslar Ukraynaın Baxmut şəhərinə aramsız hücumlar edir

Bölmə: Dünya
Ruslar Ukraynaın Baxmut şəhərinə aramsız hücumlar edir

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri son sutka ərzində rusların 10-dan çox yaşayış məntəqəsinə hücumunu dəf edib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər xəbərlərində deyilir.

Düşmən 7 raket (bunlardan 3-ü Kramatorsk və Qulyaipole şəhərlərinə qarşı olub) və 15 hava zərbəsi endirib, çoxsaylı reaktiv sistemlərdən 68 hücum təşkil edib.

Bildirilib ki, ruslar əsas səylərini Baxmut və Avdeyevski istiqamətlərində hücuma cəmləşdirir, burada ağır döyüşlər davam edir.

“Düşmən son aylarda Baxmutu tutmağa çalışsa da, əsgərlərimiz Ukrayna qalasını qəhrəmancasına müdafiə edirlər”, - məlumatda deyilir.

Prezident Aparatının rəhbəri Andrey Yermak bu istiqamətdə gedən döyüşləri düşmənin böyük itkilər verdiyi üçün “Verden ətçəkən maşını” ilə müqayisə edib.

Alman kəşfiyyatının bəyan etdiyi kimi, işğalçıların Baxmut istiqamətindəki uğurları Ukrayna üçün əsl fəlakətə çevrilə bilər, çünki bu, rusların daha da daxilə doğru irəliləməsinə imkan verəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler