Avropa İttifaqı Ukraynaya 50 milyard avro veribBölmə: Dünya
![]() Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 10 milyard dollar hərbi yardım ayırıb. Xalqinfo.az"Unikal"a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş diplomatı Joseph Borrel məlumat verib. O bildirib ki, Aİ-nin Ukraynaya verdiyi hərbi, iqtisadi, makro-maliyyə və humanitar yardımların ümumi məbləği 50 milyard avroya yaxınlaşır. Qeyd edək ki, Avropa Komissiyası 2023-cü ildə Ukraynaya 18 milyard avro güzəştli kredit verəcək. Ukraynaya kreditin ödənilməsi üçün 2033-cü ildən başlayaraq 35 il vaxt veriləcək. |
|