» » Fransada bütün həmkarlar Makrona qarşı birləşdi

Fransada bütün həmkarlar Makrona qarşı birləşdi

Bölmə: Dünya, MANŞET
Fransada bütün həmkarlar Makrona qarşı birləşdi


Xəbər verildiyi kimi Fransada prezident Makronun gətirmək istədiyi yeni pensiya islahatı ölkədə geniş etiraz dalğasına səbəb olub. Hökumətin pensiya yaşını 62-dən 64-ə qaldırmaq istəməsi əhali tərəfindən süngü ilə qarşılanıb.

Xalqinfo.az xarici agentliklərə istinadən xəbər verir ki, Fransada özəl və dövlət sektorunda çalışanlar cümə axşamı günü ümummilli tətillərə qoşularaq, dəmir yolu şəbəkəsini, məktəbləri bağlayıb və neft emalı zavodlarına tədarükləri kəsiblər.

Parisdə qatarların, avtobusların və metronun işi ciddi şəkildə pozulur. Dövlət dəmir yolu operatoru SNCF, beş yüksək sürətli TGV qatarından və 10 regional qatardan yalnız birinin işlədiyini bildirib. Parisətrafı qatar xətlərində bütün marşrutlar ləğv olunub.

Dövlətin aviasiya tənzimləyicisi hava yolu şirkətlərindən Fransa paytaxtının ikinci ən böyük hava limanı sayılan Orli aeroportuna hər beş reysdən birini ləğv etməsini istəyib.

Bu gün Fransa ərazisində səhər saatlarından elektrik enerjisi istehsalı 7,8 QVt azalıb ki, bu da ümumi elektrik enerjisi təchizatı gücünün təxminən 12%-ni təşkil edir. Dövlət buna görə qonşu ölkələrdən elektrik enerjisini idxal etməyə məcbur qalıb.

“TotalEnergies” neft emalı zavodlarında təchizat bloklanıb.

“Exxon Mobil”in yerli qolu “Esso France” şirkəti Qravenşon neft emalı zavodu normal şəkildə işlədiyini bildirib. Lakin şirkətin Fosedəki neft emalı zavodunda yükləmə əməliyyatları dayandırılıb.

Radikal solçuların hakim olduğu neft emalı zavodlarının həmkarlar ittifaqı CGT gələn həftə yeni 48 saatlıq., bir həftə sonra isə 72 saatlıq tətil elan edib.

Ölkədə təhsil işçilərini birləşdirən “SNES FSU” ittifaqının məlumatına görə, orta məktəb müəllimlərinin təxminən 65%-i tətilə çıxıb. Təhsil Nazirliyi isə orta məktəb müəllimlərinin cəmi 35%-nin, ibtidai sinif müəllimlərinin isə 42%-nin tətilə qoşulduğunu bildirib.

Maliyyə sektoru işçilərinin qurduğu təşkilat da ölkədəki bank və maliyyə şöbəsi çalışanlarını ümümxalq tətilə qoşulmağa çağırıb.

Həkimlər və tibb bacıları tətilə qoşulublar. Fransa qanunu həkimləri və digər mühüm dövlət xidmətlərini minimum sığorta təminatına zəmanət verməyə borcludur.

Yük maşını sürücüləri və digər logistika işçilərinin həmkarlar ittifaqı cümə axşamı günü "qeyri-müəyyən" müddətə tətil elan edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler