» » İsveç Baş naziri: "Tez və ya gec biz NATO-nun üzvü olacağıq"

İsveç Baş naziri: "Tez və ya gec biz NATO-nun üzvü olacağıq"

Bölmə: Dünya
İsveç Baş naziri: "Tez və ya gec biz NATO-nun üzvü olacağıq"
“İnanıram ki, tez və ya gec biz NATO-nun üzvü olacağıq”.

Xalqinfo.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, İsveçin nə zaman NATO-ya üzv olacağını təxmin etmək doğru olmaz: “Biz iyunda Madriddə imzaladığımız memoranduma sadiqik və öhdəliklərimizi yerinə yetiririk. Əlbəttə, bu prosesin tez bir zamanda tamamlanmasını istərdik. Ancaq bildiyiniz kimi, alyansa bütün üzvlər bu barədə qərar verməli, ratifikasiya etməlidir. Bu, müttəfiq kimi Türkiyənin də parlamentində müzakirə olunmalıdır və biz Türkiyənin bu hüququna hörmət edirik”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler